Əfqanıstandan qayıdan zabit Baydeni “qatil” adlandırdı - VİDEO

Dünya
18:30 / 26.08.2021
1366
"Əfqanıstanda və İraqda minlərlə dinc sakini öldürdünüz. Yanlış siyasətiniz səbəbindən Əfqanıstanda və İraqda minlərlə dostumu itirdim”.
Sfera.az xəbər verir ki, bu fikirləri Əfqanıstandan ölkəsinə yeni qayıdan ABŞ Hərbi Hava Qüvvələrinin zabiti yüksək səslə Ağ Evin sahibi Co Baydenə deyib.
"Bu savaşın səbəbkarı siz oldunuz və bizi mülki əhaliyə zərər vermək üçün oraya göndərdiniz”, deyə o, qeyd edib.