Qohumu tərəfindən öldürülən qadınla bağlı YENİ XƏBƏR

Qohumu tərəfindən öldürülən qadınla bağlı YENİ XƏBƏR
Xəbər verildiyi kimi, mayın 15-də saat 23 radələrində Ağstafa rayonu Köçəsgər kənd sakini Ələkbərova Çiçək Əli qızına məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Ağstafa Rayon Prokurorluğundan Sfera.az-a verilən məlumaat görə, istintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin qohumu 1987-ci il təvəllüdlü Məmmədov Tural Bayram oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Çiçək Ələkbərovanı qəsdən öldürüb.

Tural Məmmədov Cinayət Məcəlləsinin 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə), 181.2.3 (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə), 181.3.3 (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) və 29, 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədilməsinə cəhd) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...