Bakıda 15 yaşlı türk oğlan özünü 9-cu mərtəbədən atdı - FOTO

Bakıda 15 yaşlı türk oğlan özünü 9-cu mərtəbədən atdı - FOTO
Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib. 
 
Hadisə Təbriz küçəsi 58-66 ünvanında qeydə alınıb. 
 
Sfera.az-ın APA-ya istinadən məlumatına görə, əslən türkiyəli olan 15 yaşlı Məhəmməd Kalkan özünü yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar edib. Yeniyetmə hadisə yerində ölüb. Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib.

 
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, intihar edən şəxsin yaşadığı binada yerləşən "İzmir" mağazasının sahibinin oğlu olduğu deyilir. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. İntihar edən şəxs əvvəlcə binanın həyətində olan "Mercedes” markalı avtomobilin üzərinə düşüb. Zərbə nəticəsində maşının arxa hissəsi əzilib.

Baş vermiş hadisə ilə əlaqədar yolda sıxlıq müşahidə edilib. Faktla bağlı araşdırma aparılır.

 

 


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...