“Əfqanıstanda koalisyon hökumət qurulmalıdır...” - Açıqlama

Dünya
16:53 / 26.08.2021
843
Məlum olduğu kimi, Əfqanıstandan Türkiyə sülhməramlıları
ilə birgə Azərbaycan sülhməramlıları da çıxarılıb. ABŞ da ayın sonunadək bölgədən
qüvvələrini tamamilə geri çəkəcəyini deyib.
Maraqlıdır, bundan sonra Əfqanıstanda vəziyyət necə
olacaq? Daxili sabitlik
bərpa edilə bilərmi?
Suallar ətrafında Sfera.az-a danışan politoloq Əlimusa
İbrahimov Əfqanıstanda koalisiya hökumətinin
yaranmasının mütləq olduğunu bildirib. Ekspert bu amal uğrunda bəzi
qüvvələrin bir araya gəldiyini də diqqətə çatdırıb:
"Bütün dövlətlərin Əfqanıstanda koalisiya hökumətinin
qurulmasını gözləyir. Əgər inklüziv bir dövlət yaradılmasa, Əfqanıstanın gələcəyi
qaranlıq görünür. Çünki Əfqanıstan çoxmillətli ölkədir və xarici qüvvələrin də
bu amildən Əfqanıstana təsirini nəzərə alsaq, görərik ki, doğurdan da koalisiya
hökuməti yaratmadan başqa çısış yolu yoxdur. Həm indi, həm də əvvəldən Əfqanıstanda
məskunlaşan tayfalar bu istiqamətdə güclərini bir yerə qoyaraq, iş aparırlar.
Talibanın gələcəyi ilə bağlı müxtəlif fikirlər var. Düşünürəm ki, Taliban bu dəfə
həm qonşu dövlətlərə, həm də beynəlxalq aləmlə münasibətdə fərqlilik nümayiş
etdirəcək, çünki bu, onun üçün ikinci təcrübədir. Taliban hökumət formalaşmaq
istəyirsə, davranışlarını dəyişməlidir. Taliban xarici, yəni sivil qüvvələrin çağırışlarına
qulaq assa, o zaman onlar üçün ciddi problem olmaz".
Politoloq taliblərin Əfqan xalqının ölkədən getməsinə müəyyən məhdudiyyətlər tətbiq
edəcəyini də deyib:
"Əfqanıstdanda daxili sabitlik bərpa olacaq. Pəncşirdə
bir qədər vəziyyət gərgin olsa da, orada da sakitliyin əldə edilməsi gözlənilir.
Əfqanıstandan da yerli əhalinin köç etməsi məsələsinə gəldikdə isə taliblər
onların qarşısına məhdudiyyətlər qoyacaq. Çünki Əfqanıstan dövlət kimi
formalaşmaq istəyirsə, o zaman köçün qarşısını almalıdır. Miqrantların çoxu ali
təhsilli, ziyalı insanlardır ki, Əfqanıstanın özünün də belə insanlara çox
ehtiyacı var. Avqustun 31-dən sonra Kabil hava limanının işləməsinə
nəzarət gücləndiriləcək və isanların kütləvi köç etməsinin qarşısı alınacaq".
Sfera.az