Peyvənd vurdurdu, milyonçu oldu

Dünya
16:34 / 26.08.2021
979
ABŞ-ın Miçiqan ştatında keçirilən peyvənd lotereyasının qalibi müəyyənləşib.
Sfera.az xəbər verir ki, ABŞ tərəfindən 4 milyondan çox insanın ölümünə səbəb olan virusa qarşı peyvəndlənməyi təşviq etmək üçün maraqlı kampaniya başladılıb.
Miçiqan ştatında başladılan lotoreya çərçivəsində peyvəndlənən vətəndaşlara biletlər verilib və şanslı şəxsə pul mükafatının təqdim ediləcəyi bildirilib.
Kristina Duval Christine adlı gənc qadın lotoreyanın qalibi olaraq 2 milyon dollarlıq mükafatı əldə edib.
Duval bu mükafatla evini təmir edəcəyini, uşaqlarının təhsilinə sərmayə qoyacağını və pulun bir hissəsini xeyriyyə işlərinə xərcləyəcəyini bildirib.
Sözügedən kampaniya çərçivəsində 12-17 yaş arası 9 uşağa təxminən 60 min dollarlıq 4 illik universitet dəstəyi də verilib.
Əzizə Zeynal
Sfera.az