Əlbəyaxa döyüş rinqinə çevrilən Ermənistan parlamenti və çarəsiz qalan Paşinyan... - "Düşməni yeni müharibə təhlükəsi gözləyir"

Əlbəyaxa döyüş rinqinə çevrilən Ermənistan parlamenti və çarəsiz qalan Paşinyan... -
"Ermənistan parlamenti hələ də normal iş rejiminə keçməkdə çətinlik çəkir. Artıq neçənci dəfədir ki, parlamentdə əlbəyaxa döyüş və su butulkalarının deputatların başının üzərində uçması səbəbindən iş yarımçıq kəsilir və təhlükəsizlik xidməti şuluqluq salan deputatları zaldan çıxarır”.
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. O, belə davam edəcəyi halda yeni seçilmiş parlamentin işinə başlaya bilməyəcəyini vurğulayıb:

"Parlamentdə dünən və bu gün  şahidi olduğumuz hadisələr haqqında Ermənistanın ikinci prezidenti olmuş, Qarabağ erməni klanının lideri hesab olunan Robert Köçəryan hələ iki ay bundan qabaq proqnoz vermişdi. O elan etmişdi ki, "Ermənistan” bloku seçkilərdə qalib gəlmədi, amma yeni parlamentin işini pozmaq üçün müxalifətin əlində yetərincə resurs var. Köçəryan növbədənkənar parlament seçkisi bitəndən və nəticələr məlum olandan sonra bəyan etdi ki, bu parlamentin ömrü çox uzun olmayacaq. O, eyni zamanda tərəfdarlarını il yarımdan sonra keçiriləcək yeni parlament seçkilərinə hazırlaşmağa çağırırdı.
Eks-prezident kənardan idarə etdiyi komanda və yeni parlamentə göndərdiyi emissarı, Xocalı qatili  Seyran Ohanyanın əli ilə parlamentin işini iflic vəziyyətinə salmağa çalışır və hələlik buna nail olur. Onun məqsədi parlamentin fəaliyyətini sıfıra endirmək və orada baş verən qarşıdurmanı müəyyən müddətdən sonra küçəyə daşımaqdır. Parlament tam qüvvəsi ilə fəaliyyət göstərə bilmədikdə baş nazir Nikol Paşinyanın seçkiqabağı kampaniya zamanı xalqa verdiyi vədlər yerinə yetirilməyəcək, əhalinin iqtisadi vəziyyəti günü-gündən daha da ağırlaşacaq. Bu da yeni hökumətə və Paşinyana qarşı inamsızlığın artması ilə nəticələnəcək. Belə şəraitdə hökumət Avropa İttifaqının ayırdığı 2.6 milyard avro həcmində  yardımı ölkənin ayaqda durması üçün təyinatı üzrə deyil, əhalinin rifahını yüksəltmək istiqamətində xərcləmək məcburiyyətində qalacaq. Bu da Nikol Paşinyanın baş nazir kimi Avropa İttifaqı və Amerika qarşısında gözdən düşməsinə səbəb olacaq". 

Politoloqun sözlərinə görə, digər tərəfdən üçtərəfli müqavilə çərçivəsində üzərinə düşən vəzifələri yerinə yetirməyən Ermənistan Azərbaycan tərəfindən haqlı olaraq yeni müharibə təhlükəsi ilə üzləşəcək:

"Artıq həm region, həm də beynəlxalq aləmdə Azərbaycanın Ermənistana daha 30 il düşünmək imkanı verməyəcəyini yaxşı bilirlər. Parlamentdə baş verən son qarşıdurma və eləcə də Azərbaycan-Ermənistan sərhədində baş verən son insidentlərin xaricdən tətikləndiyini də düşünmək üçün yetərincə səbəblər var. Hadisələrin Paşinyanın Qərbə tərəf meyllənməsinin qarşısını almaq üçün Rusiya tərəfindən səhnələşdirilməsi də mümkündür. Yaxud ermənilərin ATƏT-in Minsk qrupunun reinkarnasiya edilməsi üçün Fransa tərəfindən qızışdırıldığını da söyləmək olar. Məqsədindən asılı olmayaraq, istənilən halda Ermənistanda baş verən son hadisələr nə yeni qurulmuş ikinci Paşinyan hökumətinə, nə də getdikcə uçurumun daha da dibinə sürüklənən erməni xalqına faydalıdır".

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir

Azərbaycan Mərkəzi Bankı (AMB) “K Group” MMC-yə qarşı tədbir görüb.    Sfera.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. &nbs...

TikTok yaradıcıları - Onlar poeziyanı təbliğ edir

TikTok müasir dövrün ən nəhəng rəqəmsal platformalarından birinə çevrilib və burada yalnız əyləncəli videolarla deyil, həm də ədəbi dəyərləri yaşadaraq izləyici...

ABB Sahibkarlar Gününü müştərilərlə qeyd etdi

ABB 25 Aprel Sahibkarlar Günü münasibətilə sahibkar müştəriləri üçün tədbir keçirib. Tədbirdə Bankın 50-dən çox korporativ, kiçik və orta biznes müştərisi iştir...

Avropada enerji böhranı - Bu iki ölkə işıqsız qaldı - FOTOLAR

İspaniya və Portuqaliyanın böyük hissəsində baş verən elektrik kəsintisi nəticəsində telekommunikasiya şəbəkələri çöküb, metro və nəqliyyatda ciddi nasazlıqlar ...

Bu nazirliyin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilə...

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...