Rusiya Ermənistanı niyə silahlandırır? - Açıqlama

Rusiya Ermənistanı niyə silahlandırır? - Açıqlama
"Rusiyanın bu addımı Ermənistanı özündən asılı vəziyyətdə saxlamağa xidmət edir”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında Rusiyanın Ermənistan ordusunu bərpa etmək üçün yenidən silahlandırmasına münasibət bildirərkən politoloq Natiq Miri deyib:

"Moskvada Paşinyanın Rusiyayönümlü baş nazir olduğuna inanmırlar. Ona görə də Paşinyan hökumətini mütləq mənada asılı halda saxlamaq, İrəvana təzyiq imkanlarını itirməmək üçün bu cür mexanizmlərdən yararlanırlar. Kreml növbəti dəfə İrəvanı özünün geosiyasi alətinə çevirmək üçün buna gedir. Paşinyan hökuməti üçün bunun alternativi yoxdur. Rusiyadan başqa kimsə Ermənistana pulsuz silah verməyəcək”.
 
Həmsöhbətimizin fikrincə, Moskvanın bu davranışı riyakarlıqdır: "İrəvana silah satmaqla Rusiya regionda hərbi güc balansı yaratmaqda maraqlı olduğunu iddia edir. Amma Rusiya bu cür sınıq-salxaq silahları Ermənistana nə qədər versə də, hərbi güc balansını yarada bilməyəcək. Çünki bu gün olduğu kimi sabah da balans Azərbaycanın xeyrinə olacaq. Azərbaycan həm də ən müasir silahlara malikdir. Hərbi əməliyyatlar yenidən başlanacağı təqdirdə, nəticə Ermənistan üçün yenə də acınacaqlı olacaq”.
 
Elçin
 

OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...