Rusiyada 1 həftədə kəskin bahalaşma qeydə alındı: Azərbaycana da təsir edəcək

İqtisadiyyat
14:47 / 26.08.2021
1388
Rusiyada illik səviyyədə qiymət artımı avqustun 23-də 6,68 faizə yüksəlib. Bir həftə öncə illik bahalaşma 6,5 faiz idi.
Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı məlumatı ölkənin İqtisadi İnkişaf Nazirliyi açıqlayıb.
Rusiyalı iqtisadçılar bahalaşmanın ilin yekununda 6,6-6,7 faiz olacağını proqnozlaşdırır.
Qeyd edək ki, Rusiyada bahalaşmanın səviyyəsi Azərbaycana birbaşa təsir edir. Çünki Azərbaycanın idxalında və qeyri neft-qaz sektoru üzrə ixracda Rusiyanın payı yüksəkdir. Buna görə də Rusiyada qiymətlər artdıqda bu, Azərbaycandakı qiymətlərə birbaşa təsir göstərir və ölkəmizdə də qiymətlər artır. Eyni zamanda bahalaşma ilə əlaqədar Azərbaycandan ixrac edilən qeyri neft-qaz mallarının dəyəri yüksəlir.
Vasif
Sfera.az