“Azərbaycan mütləq adekvat addım atmalıdır” – Əsir götürülən əsgər olayına reaksiya

14:35 / 26.08.2021
2271
"Sosial şəbəkələrdə ermənilər tərəfindən əsgərimizin
əsir götürülməsi ilə bağlı videosüjet paylaşılıb. Qeyd edilir ki, əsgərimiz Ağdərə istiqamətində əsir götürülüb. Fikrimcə, öncə
yayılan videosüjeti dəqiqləşdirmək lazımdır. Daha sonra isə adekvat addımlar
atılmalıdır”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Samir
Hümbətov deyib. O bildirib ki, düşmən artıq həddini aşmağa başlayıb:
"Qarabağda sərhəd yoxdur və bütün Qarabağ Azərbaycanın
suveren ərazisidir. 10 noyabr 2020-ci il üçtərəfli bəyannamənin şərtlərinə
uyğun olaraq, erməni terrorçuları Qarabağ ərazisindən çıxarılmalıdır. Amma bu şərt
hələ də rus "sülhməramlıları" tərəfindən təmin edilməyib.
Ermənistan tərəfi yavaş-yavaş müharibədən əvvəlki
şəraiti təmin etməyə, tərəflər arasındakı gərginliyin daha da
artırılmasına çalışır. Rusiya tərəfi isə bunu susqunluqla qarşılayır. Əgər ermənilər
sözügedən hadisəni törədibsə, Azərbaycan tərəfi mütləq adekvat addım
atmalıdır”.
Günay Rəsulqızı