“ABŞ “Taliban”ın hakimiyyətə gəlməsinə “yaşıl işıq” yandırdı” - Politoloq

“ABŞ “Taliban”ın hakimiyyətə gəlməsinə “yaşıl işıq” yandırdı” - Politoloq
Hazırda beynəlxalq gündəmi məşğul edən əsas müzakirə mövzusu "Taliban”nın Əfqanıstandakı fəaliyyətidir. Bu istiqamətdə demək olar ki, hər gün müxtəlif fikirlər səsləndirilir, iddialar irəli sürülür.
 
"Taliban”nın bundan öncə, 1996–2001-cü illərdə Əfqanıstanın əksər ərazisini idarə etdiyi hər kəsə bəllidir. Onlar açıqlamalarında 20 il bundan qabaqkı təşkilat olmadıqlarını, ölkəni sivil qaydalarla idarə edəcəklərini vurğulayırlar. Buna baxmayaraq, bəzi iddialara görə,  "Taliban” İŞİD kimi başqa ölkələrin ərazilərinə sıçrayacaq, bölgədə yenidən gərginliyin yaranmasına səbəb olacaqlar.

Bununla bağlı Sfera.az –a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, "Taliban”nın Əfqanıstanda hakimiyyəti ələ keçirməsi regionda gedən geosiyasi proseslərin nəticəsidir:

"ABŞ "Taliban”ın hakimiyyətə gəlməsinə "yaşıl işıq” yandırdı və bundan istifadə edərək bölgədə yeni bir problemə gətirib çıxaracaq prosesə start verdi. Xüsusilə əsas hədəf Çin və Rusiyanı böhrana salmaq və bu ölkələrin beynəlxalq müstəvidə artan mövqeyini zəiflətməkdir.
 
"Taliban” əlbəttə ki, terror təşkilatıdır və onların hansı siyasətə üstünlük verəcəyi hələ sual altındadır. Onlar bundan öncəki  4 illik hakimiyyətləri dövründə Əfqanıstanda aktiv şəkildə daxili siyasətdə böhrana imza atıblar. Həmin böhranın növbəti mərhələdə yeni təzahürdə davam edəcəyini istisna etmirəm. Ümumiyyətlə, "Taliban”nın normal bir ölkə quracağı kimi mesajlarını ciddi qəbul etməməliyik”.

Müsahibimiz bildirib ki, "Taliban” regionda ümumi böhranı tətikləmək üçün hakimiyyətə gətirilib:

"İŞİD kimi "Taliban”nın geniş areala yayılması müəyyən müddətdən sonra baş verə bilər. Təbii ki, "Taliban”la İŞİD arasında məzhəb ayrılığı var və "Taliban”ın əsas strategiyası Mərkəzi Asiyaya nüfuz etməkdir”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR