“Güney Azərbaycandan gələn tələbələr təhsil haqqından azad olunsun” – Təklif

“Güney Azərbaycandan gələn tələbələr təhsil haqqından azad olunsun” – Təklif
"Güney Azərbaycandan gələn tələbələr təhsil haqqından azad edilməlidir”.

Bu sözləri Sfera.az-a açıqlamasında tələbə qəbulu qaydalarında edilən dəyişikliyi dəyərləndirərkən, təhsil eksperti Vaqif Abışov deyib:

"Cənubdakı soydaşlarımızı burada təhsilə cəlb etmək olduqca vacibdir. Odur ki, onları təhsil haqqından azad etməliyik. Belə olarsa, hər il Güney Azərbaycandan 500-800 nəfərə qədər tələbəni cəlb edə bilərik”.
 
Həmsöhbətimiz tələbə qəbulu qaydalarında edilən güzəştlərin nəzərdə tutulduğundan daha çox insana şamil edilməsinin tərərdarıdır:"Bu istiqamətdə atılan addım çox vacib məsələ idi ki, dövlət tərəfindən nəhayət nəzərə alındı. Amma təəssüf ki, burada güzəştli kateqoriya müəyyən edilərkən bütün təbəqələr tam olaraq nəzərə alınmayıb. Əhalinin böyük hissəsinin sosial-iqtisadi vəziyyəti, dolanışığı aşağı səviyyədədir. Onların da bu siyahıda yer alması daha yaxşı olardı. Fikrimcə, bu güzəşt kateqoriyası müharibədə iştirak etmiş qazilər, aztəminatlı və çoxuşaqlı ailələrə də şamil edilməlidir".
 
Ekspert bildirib ki, birinci kursdan sonra təhsil haqqını ödəyə bilməyənlərin təhsildən uzaqlaşmaması üçün onlara münasibətdə də müəyyən güzəştlər edilməlidir: "Elə etməliyik ki, onlar təhsillərini yarımçıq dayandırmasınlar. Gənclərimizi təhsilə cəlb etmək üçün belə tədbirlər dövlət tərəfindən daha sistemli, ardıcıl şəkildə aparılmalıdır”.
 
Elçin
 

OXŞAR XƏBƏRLƏR