Əfqanıstandakı Azərbaycan hərbçiləri vətənə qayıdır - Açıqlama

Əfqanıstandakı Azərbaycan hərbçiləri vətənə qayıdır - Açıqlama
"Əfqanıstandakı azərbaycanlı sülhməramlılar Türkiyənin bu ölkədəki hərbi birləşməsinin tərkibindədir. Onlar ayrıca fəaliyyət göstərmir”.

Bunu Sfera.az-a açıqlamasında hərbi ekspert, polkovnik Şair Ramaldanov Türkiyə hərbçilərinin Əfqanıstandan çıxarılması barədə danışarkən deyib.

Onun sözlərinə görə, sülhməramlılarımıza Türkiyənin Əfqanıstanda olan qüvvələrinin bir hissəsi kimi yanaşmaq lazımdır:

"Ona görə də qardaş ölkə öz qüvvələrini oradan çıxaranda Azərbaycan Ordusunun sülhməramlı kontingenti də çıxacaq və bu birmənalıdır. Başqa variant yoxdur. Türkiyə sülhməramlılarının sözügedən ölkədə qalması yeni hökumətlə, sülhməramlı missiyaları idarə edən NATO ilə razılaşdırılmışdı. Sadəcə, onlar öz missiyasını yerinə yetirdilər və artıq Türkiyə planlı şəkildə öz qüvvələrinin çıxarılması ilə bağlı qərar verib”.
 


Müsahibimiz Əfqanıstandakı sülhməramlılarımızla bağlı gərginliyə ehtiyac olmadığını bir daha vurğulayıb:

"Bilirəm ki, cəmiyyətdə, ailələrdə müəyyən bir gərginlik var idi. Bu gərginliyə səbəb olmadığı haqda Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyədə olarkən öz bəyanatını vermişdi. İndi qərar qəbul edildi və təbii ki, Türkiyənin sülhməramlı qüvvələrinin tərkibində olan azərbaycanlı hərbçilər də çıxarılacaq. Qısa zamanda onları öz vətənimizdə görəcəyik”.

Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, mövcud vəziyyət və şərtlər dəyərləndirilərək Türkiyə Silahlı Qüvvələrinin əsgərlərinin Əfqanıstandan təxliyyəsinə başlanılıb. ""TSK üzərinə düşən bu vəzifənin öhdəsindən də uğurla gələrək vətənə geri dönür. Həmid Kərzai hava limanında baş verən qarşıdurmaya digər ölkə hərbçiləri ilə müdaxilə edilmiş, təhlükısizlik təmin edilmişdir. Bu müddətdə təyyarələrimizlə 1129 nəfər təxliyyə olunub”, - deyə məlumatda bildirilib.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...