DSX-dan əməliyyat: Külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

DSX-dan əməliyyat: Külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu barədə Sfera.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Avqust ayının 25-də DSX-nin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 8 kiloqram 500 qram narkotikə bənzər vasitənin, 8370 ədəd psixotrop və güclü təsirli maddənin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

DSX-nin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin xidməti sahəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Füzuli rayonunun Arayıtlı kəndi ərazisindən bağlama götürərək uzaqlaşmağa cəhd göstərən 1 nəfər şübhəli şəxs saxlanılıb.

Saxlanılan şəxsin 1994-cü il təvəllüdlü Bakı şəhər sakini Ziyad Əhəd oğlu Kərimov olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 8 kiloqram 500 qram narkotik maddəyə oxşar vasitə (7300 qram "marixuana”, 1000 qram "heroin”, 200 qram "metamfetamin”) və 8370 ədəd psixotrop tərkibli "Preqobalin” həbləri aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...