Fransa prezidenti Yerevana niyə gedir? – “Makron başa düşür ki...”

11:36 / 26.08.2021
957
Payız aylarında Fransa prezidenti Emanuel Makronun
Ermənistana səfər edəcəyi gözlənilir. Bu barədə Fransa mətbuatında xəbər yayılıb.
Maraqlıdır, Makronun Ermənistana səfəri özündə nələri
ehtiva edir? Nikol Paşinyan və Fransa prezidenti arasında hansı razılaşmalar və
danışıqlar baş tuta bilər?
Mövzu ətrafıda Sfera.az-a danışan politoloq Natiq
Miri Makronun Cənubi Qafqaz səfərinin mütəlif regionlarda düçar olduğu uğursuluqlardan
irəli gəldiyini deyib:
"Makronun 2022-ci ildə Fransada keçirilən
prezident seçkilərində iştirakı gözlənilir. Onun daxil siyasətdə mümkün olmayanı
xarici siyasətdə reallaşdırmaq istəyi var. Bu illər ərzində heç bir geosiyasi uğura
imza ata bilməyən prezidentin 2022-ci ildə prezident seçkilərində uğur qazanması
şübhə doğurur. Bunu Makron və dəstəkçiləri yaxşı bilir. Bu baxımdan Makronun təkcə
Ermənistana yox, Cənubi Qafqaza səfəri yeni Fransa siyasətinin tərkib hissəsi
kimi uğurlu taktiki gediş sayıla bilər. Çünki artıq Suriyada, Liviyada və Aralıq
dənizində məğlubiyyətə uğrayan Fransa getdikcə Şimail Afrika ölkələrində də uğursuzluğa
düçar olmağa başlayıb.
Bütün bunları kompensasiya etmək üçün Cənubi Qafqaz
səfərinə ehtiyac var. Cənubi Qafqazda Fransanın əsas müttəfiqi Ermənistandır. Çünki
Fransada erməni lobbisi güclüdür və bütün seçkilərdə iştirak edən şəxslər erməni
lobbisinin dəstəyini və maliyyəsini qazanmağa çalışır. Makronun da səfərini bu
konteksdə dəyərləndirmək lazımdır".
Politoloq Makronun Paşinyanla görüşdə
kommunikasiyaların açılması məsələsinə dəstək göstərəcəyini deyib:
Əzizə Zeynal
Sfera.az