Fransa prezidenti Yerevana niyə gedir? – “Makron başa düşür ki...”

Fransa prezidenti Yerevana niyə gedir? – “Makron başa düşür ki...”
Payız aylarında Fransa prezidenti Emanuel Makronun Ermənistana səfər edəcəyi gözlənilir. Bu barədə Fransa mətbuatında xəbər yayılıb.

Maraqlıdır, Makronun Ermənistana səfəri özündə nələri ehtiva edir? Nikol Paşinyan və Fransa prezidenti arasında hansı razılaşmalar və danışıqlar baş tuta bilər?
 
Mövzu ətrafıda Sfera.az-a danışan politoloq Natiq Miri Makronun Cənubi Qafqaz səfərinin mütəlif regionlarda düçar olduğu uğursuluqlardan irəli gəldiyini deyib:

"Makronun 2022-ci ildə Fransada keçirilən prezident seçkilərində iştirakı gözlənilir. Onun daxil siyasətdə mümkün olmayanı xarici siyasətdə reallaşdırmaq istəyi var. Bu illər ərzində heç bir geosiyasi uğura imza ata bilməyən prezidentin 2022-ci ildə prezident seçkilərində uğur qazanması şübhə doğurur. Bunu Makron və dəstəkçiləri yaxşı bilir. Bu baxımdan Makronun təkcə Ermənistana yox, Cənubi Qafqaza səfəri yeni Fransa siyasətinin tərkib hissəsi kimi uğurlu taktiki gediş sayıla bilər. Çünki artıq Suriyada, Liviyada və Aralıq dənizində məğlubiyyətə uğrayan Fransa getdikcə Şimail Afrika ölkələrində də uğursuzluğa düçar olmağa başlayıb.
 
Bütün bunları kompensasiya etmək üçün Cənubi Qafqaz səfərinə ehtiyac var. Cənubi Qafqazda Fransanın əsas müttəfiqi Ermənistandır. Çünki Fransada erməni lobbisi güclüdür və bütün seçkilərdə iştirak edən şəxslər erməni lobbisinin dəstəyini və maliyyəsini qazanmağa çalışır. Makronun da səfərini bu konteksdə dəyərləndirmək lazımdır".
 
Politoloq Makronun Paşinyanla görüşdə kommunikasiyaların açılması məsələsinə dəstək göstərəcəyini deyib:

"Səfər zamanı Fransa və Ermənistan atrasında ikitərəfli ticari əlaqələr müzakirə ediləcək. Paşinyan Qarabağ kontekstində Fransadan dəstək istəyəcək. Bununla da ATƏT-in Minsk qrupu üzvlərinin Qarabağ probleminin tam həlli üçün bir araya gəlməsi məsələsi aktuallaşacaq. Bundan başqa Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi müzakirə olunacaq. Fransa da bildircək ki, bu məsələdə beynəlxalq hüququ əsas tutur və prosesdə beynəlxalq müşahidəçələrin iştirakı barədə fikir səsləndirəcək. Bu məsələlər kontekstində Makron kommunikasiyaların açılmasını dəstəkləyəcək".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...