“Mançester Siti” Ronalduya müqavilə təklif etdi

İdman
08:42 / 26.08.2021
1257
"Yuventus”un hücumçusu Kriştianu Ronaldu komandanı tərk edə bilər.
Sfera.az xəbər verir ki, idman jurnalisti Nikola Skira özünün sosial şəbəkə səhifəsində bildirib ki, artıq "Mançester Siti” Ronalduya müqavilə təklif edib.
İngilislər forvardla 2023-cü ilədək razılaşma imzalamağı düşünürlər
Xarici KİV-də yayılan məlumatlara görə, Ronaldunun meneceri Jorje Mendeş hazırda Turində "Yuve” rəhbərliyilə futbolçunun gələcəyi barədə danışıqlar aparır.