“Bizim Mehriban”

Bu gün Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür.
Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu gün 57 yaşı tamam olur.
Sfera.az ölkənin birinci xanımının həyat və fəaliyyəti barədə yazını təqdim edir:
Elə tarixi şəxsiyyətlər var ki, onlar haqda fikir bildirmək, dəyərləndirmə etmək olduqca çətin olur. Çünki necə deyərlər, haradan başlayıb, harada bitirəcəyini bilmirsən. Müxtəlif sferalarda özünü doğruldan, xalqın sevgi və etimadını qazanan belə şəxsiyyətlərdən biri də ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva, özünün ifadəsi ilə desək, "Bizim Mehriban”dır...
Bəli, təsadüfi deyil ki, "Bizim Mehriban” ifadəsinə diqqət çəkdik. Xalqa müraciətinin sonunda hər zaman "Sizin Mehriban” imzasını qoyanMehriban Əliyeva elə tək bu ifadə ilə həqiqətən də status fərqi olmadan cəmiyyətin bütün üzvlərinə doğmalığını göstərir.
Qızıl Arslanın həyat yoldaşı Qətibə xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu kimi qadınlar yetişdirən torpaq müasir Azərbaycan dövləti üçün də Mehriban Əliyeva kimi vətənpərvər, ziyalı və zərif xanım yetişdirib...
Vitse-prezident kimi Mehriban...
2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının
birinci vitse-prezidenti vəzifəsinə təyin edilən Mehriban Əliyeva vəzifəsini
icra etdiyi son 4 il ərzində işinin öhdəsindən layiqincə gəlməyi bacarıb.
Mehriban Əliyevanınvəzifəsinin icrasına başladıqdan qısa müddət sonra - 2017-ci ilin may ayında IV
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Qızlara təhsil verməklə
zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda "dəyirmi masa”nın təşkil etməsi
xalqın içərisindən biri olduğunun, cəmiyyətin mövcud problemləri haqqında
bilgili olmasının və gender bərabərliyinə xüsusi önəm verməsinin göstəricisi
idi. Yəni vəzifəyə təyin olunduğu ilk günlərdən etibarən, Mehriban Əliyeva vətəndaş
amilini rəhbər tutaraq, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə xalqı
üçün, insanlıq üçün böyük mücadiləyə qoşuldu.
Bundan başqa, vitse-prezident kimi fəaliyyət göstərməsinin 3-cü ili Vətən müharibəsinə təsadüf edən xanım Əliyeva bu sınaqdan da üzü ağ çıxaraq bütün müstəvilərdə həmişə olduğu kimi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında önə çıxmağı bacardı.
Hələ İkinci Qarabağ müharibəsindən əvvəl də Mehriban Əliyeva Qarabağın tarixini, münaqişənin mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün dünyanın aparıcı dövlətlərinin paytaxtlarında və böyük şəhərlərdə dünya ictimaiyyətinin diqqətini çəkərək müxtəlif elitaları bir araya toplamağı bacarıb. Bəli, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında və haqlı tərəfin sübut və faktlarla nümayişinin altında böyük bir imza var - Mehriban Əliyeva imzası...
"Ali Baş Komandanın xanımı, ailəsinin Mehribanı"
Normalda insanın işlə bağlı mühüm məsuliyyətləri olanda ailə, övladlar bir qədər arxa plana düşür. Biz bunu zamanla məşhur şəxslərin, tanınmış simaların övladlarının dilindən eşitmişik.
Lakin ölkənin birinci xanımı ailənin onun üçün istənilən
şəraitdə həyatın əsas mənası və stimulu, istinad nöqtəsi və güc mənbəyi
olduğunu deyir. Təsadüfi deyil ki, biz bütün bu düşüncələrin fonunda Mehriban
Əliyevanın timsalında bir xanımın həm yaxşı həyat yoldaşı və yaxşı ana, həm də
nümunəvi ictimai şəxs ola
biləcəyini görə bilirik. Bütün dövrlərdə Ali Baş Komandanın dəstəkçisi
olan Mehriban Əliyeva övladlarına, nəvələrinə diqqət ayırmağı unutmayıb,
qayğısını əsirgəməyib.
Bütün bunları biz Prezidentin ailə üzvlərinin sosial şəbəkə hesablarındakı paylaşımlarında, mətbuata verdikləri açıqlamalarda da müşahidə etmişik.
"Hər uğurlu kişinin arxasında bir qadın
dayanır", deyirlər. Ölkə başçısı Prezident İlham Əliyevin xanımı Mehriban
Əliyeva da məhz belə qadınlardandır.
Azərbaycanın birinci xanımı ən çətin situasiyalarda Prezidentin yanında olub,xalqın liderinin böyük məsuliyyətinin icrasında ona dəstək göstərib. Prezident İlham Əliyev bütün bu dəstəyə, mənəvi gücə görə hər zaman xanımına təşəkkür edərək, onun fəaliyyətini yüksək qiymətləndirib. Biz ölkə başçısının timsalında nümunəvi ailə modelini görə bilirik.
Vətən müharibəsinin Mehribanı...
Dövlət başçısı İlham Əliyevin siyasi əqidəsinin
davamçısı olan Mehriban Əliyeva demək olar ki, fəaliyyətinin bütün dövrlərində
şəhid və qazi ailələrinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində
mühüm işlər həyata keçirib. Məhz bu ilin sonunadək Prezident İlham Əliyev və
Mehriban Əliyevanın birgə səyi ilə 3 min şəhid və qazi ailəsinə mənzil və fərdi
ev verilməsi planlaşdırılıb.
Eyni zamanda Mehriban Əliyeva Vətən müharibəsi qazilərinin müalicə və reabilatasiyası üçün də əlindən gələni edərək, onların rahatlığının təmin olunmasında misilsiz xidmətlər göstərməkdədir.
44 günlük Vətən müharibəsinin əbədiləşdirilməsi, şəhid və qazilərin qəhrəmanlığının əyani təsviri üçün yaradılan Zəfər muzeyində də Mehriban Əliyevanın imzası, yaradıcı ruhu var.
"Uşaqların Mehriban dostu..."
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk "Vətəni qorumaq uşaqları qorumaqla başlayar", deyib. Doğrudan da insanlıq cəmiyyətin qurucusu, gələcək memarı olan uşaqları qorumalı, onları sevməlidir.
Birinci vitse-prezident Mehriban Əliyeva da daim Azərbaycan
uşaqlarını pisliklərdən, sevgisizlikdən və bütün digər bəlalardan qorumağa
çalışıb.
Dünyanın ən məsum varlıqları ilə dost olan Mehriban Əliyeva sağlamlıq durumu, fiziki imkanlarından asılı olmayaraq bütün uşaq və yenityetmələrin dilindən anlamağı mükəmməl şəkildə bacarır. Birinci xanımın uşaq evlərində, uşaqlarla bağlı tədbirlərdə iştirakında bunu dərindən hiss etmək olur. Məhz onun iştirak etdiyi tədbirlərdə, yığıncaqlarda azyaşlılar özlərinə qarşı həqiqi sevgini, doğmalığı duyaraq rahat olur, sevgi ilə əhatələnirlər.
Mehriban Əliyevanın rəhbər olduğu Heydər Əliyev Fondunun əksər layihələri, istər təhsil sahəsində, istərsə də səhiyyə sahəsində, məhz uşaqlara istiqamətlənib. Bu layihələrə Mehriban Əliyeva xüsusi can yandırır, ürəklə yanaşır. Uşaqlar da bu fədakarlığı duyaraq, onu fərqli məhəbbətlə sevirlər.
Tarixin və mədəniyyətin Mehriban qoruyucusu...
Hələ 1995-ci ildə "Azərbaycan Mədəniyyətinin Dostları” Xeyriyyə Fondunu yaradaraq mədəniyyət və incəsənətin inkişafında çoxşaxəli işlər görən Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunub- saxlanılması və yaşadılmasında mühüm xidmətləri də danılmazdır.
Mədəniyyətlərarası
dialoqun təşkili və təşviqi istiqamətində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər
qurumlarından olan UNESKO ilə əlaqələrini xüsusilə qeyd etmək lazımdır.
Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan muğamı, aşıq və tar
ifaçılığı sənəti, Azərbaycan xalçası və kəlağayısı UNESKO-nun Qeyri-Maddi Mədəni
İrs Siyahısına daxil edilib.
Bundan başqa, qədim və zəngin Azərbaycan tarixinin mücəssiməsi olan Qobustan kompleksinin 2007-ci ildə UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilməsini də xüsusilə qeyd etmək yerinə düşər. Qobustan abidələrinin bu cür yüksək səviyyəli siyahıya daxil edilməsi birmənalı şəkildə məhz Mehriban xanımın danılmaz xidmətidir. UNESKO və İSESKO-nun xoşməramlı səfirinin tarixi bayramımız olan Novruz bayramının, hər naxışında tarix yatan Azərbaycan xalçası kimi mədəniyyət nümunələrinin də UNESKO-nun Mədəni İrs Siyahısına salınmasında birbaşa rolu var.
Bütünlüklə tarix, zəngin mədəniyyət qoxuyan Azərbaycanın bundan sonra Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu sayəsində dünyanın mədəni irs siyasında daha dayanıqlı, işıqlı mövqe tutacağından şübhə duyulmur.
Sonda doğum günü münasibəti ilə Azərbaycanın birinci xanımını təbrik edir, hər zaman sağlam, təravətli və belə işıqlı qalmasını arzu edirik...
Dərin sevgi, hörmət və ehtiramla,
Sfera.az saytının kollektivi