İpoteka krediti götürənlər ayda 382 manat ödəyir

İpoteka krediti götürənlər ayda 382 manat ödəyir
Dövlət vəsaiti hesabına ipoteka krediti götürənlər hər ay orta hesabla 381,5 manat ödəyir.
 
Sfera.az bildirir ki, aylıq ödənişlərin məbləği ilin əvvəlindən 11 manat artıb. İlin əvvəlində aylıq ödənişin məbləği 370,2 manat idi.
 
Əvvəlki illərdə bir aya düşən məbləğ daha az idi. 2012-ci ildə orta hesabla aylıq ödəniş 317 manat, 2015-ci ildə 332 manat, 2019-cu ildə 356 manat təşkil edirdi.
 
Aylıq ödənişlərin artması kredit məbləğinin yüksəlməsi ilə bağlıdır. Əvvəllər maksimum kredit məbləği 50 min manat olduğu halda, hazırda 150 min manatdır.
Buna görə də qarşıdakı illərdə aylıq ödənişlərin məbləği bir qədər də artacaq.
 
Vasif
 
 
 
 

OXŞAR XƏBƏRLƏR