Azərbaycanda kreditlərə tələb əvvəlki səviyyəyə çatacaq? – Ekspert açıqladı

Azərbaycanda kreditlərə tələb əvvəlki səviyyəyə çatacaq? – Ekspert açıqladı
Azərbaycanda son bir ildə kredit qoyuluşunun artmasına baxmayaraq kreditlərin aktivlərdə payı yüksəlmir. 

2020-ci ilin iyununda 14,55 milyard manat olan kredit qoyuluşu 2021-ci ilin avqustun 1-də 15,36 milyard manata yüksəlib. Müqayisə edilən dövrdə kredit qoyuluşu 5,57 faiz və ya 810 milyon manat artıb. 

Kredit qoyuluşunun artmasına baxmayaraq, onun aktivlərə nisbəti azalıb. Son bir ildə kreditlərin aktivlərə nisbəti 45,5 faizdən 44,5 faizə düşüb. 

Sfera.az xatırladır ki, kreditlərin aktivlərə nisbətində ən aşağı göstərici 2017-ci ildə qeydə alınıb. Devalvasiyaya qədər kreditlərin aktivlərdəki payı 70-75 faiz səviyyəsində olduğu halda 2017-ci ildə 40,6 faizə düşüb. Amma 2018-ci ildə nisbət 42,8 faizə, 2019-cu ildə 45,5 faizə yüksəlib. 

Kreditlərin aktivlərdə payının yenidən azalması karantin qaydalarının sərtləşdirilməsi ilə bağlıdır. Bu dövrdə iqtisadiyyatın bir sıra sahələrində qapanmanın olması kredit qoyuluşunun aktivlərdə payını yenidən azaldıb. 
2019-cu illə müqayisədə aşağı səviyyə hələ də qalır. 

Bəs, kredit qoyuluşunun yenidən 70-75 faiz səviyyəsinə çatdırılması mümkündürmü?

Qeyd edilən məsələ ilə bağlı Sfera.az saytına danışan iqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, bir-iki il ərzində aktivlərdə kreditlərin payının yenidən 75 faiz səviyyəsinə çatmasını gözləmək real deyil. Onun fikrincə, kredit qoyuluşunun həcminin sürətlə artması üçün iqtisadiyyatda müsbət dəyişikliklər davamlı olmalı və iqtisadi risklər minimuma enməlidir: 

"Devalvasiyalar kredit qaytarma qabiliyyətini həm biznesdə, həm də vətəndaşlarda xeyli dərəcədə zəiflətdi. Bunu nəzərə alaraq, maliyyə bazarlarına nəzarət edən qurumlar kredit verilmə şərtlərini sərtləşdirdi. İndi əvvəlki kimi məsuliyyətsiz kreditləri yerləşdirmək asan deyil. 

Digər tərəfdən müştərilərin bir hissəsinin vəziyyəti pisləşdi və onlar problemli müştəriyə çevrildi. Bunlarla bərabər, sahibkar və vətəndaşın özü də kredit götürülməsinə daha məsuliyyətli yanaşdı. Əvvəlki kimi insanlar kimə gəldi zamin durmur. Bu səbəblərlə əlaqədar kreditlərə olan tələbdə də zəifləmə baş verdi. 
Həm bankların ehtiyatlı davranması, həm də kredit istəyənlərin azalması kredit qoyuluşunu zəiflətdi. Bunun nəticəsində 2015-ci ildə 21,7 milyard manat olan kredit portfeli 15,4 milyard manata qədər azalıb.
 
İndi heç kim məcbur qalmadan kredit götürmür. Amma əvvəllər az gəliri olanlar belə zəruri olmayan əşyaları, məhsulları kreditlə alırdılar. 

İndiki halda bankların vəsaitlərini yerləşdirə bilməsi üçün alternativ variantlar yaradılır. Banklar depozit hərraclarında iştirak edir, qiymətli kağızlar bazarında iştirakçılığı artır, dövlətin daxili borclanma kağızlarına sərmayə qoyuluşu var. Bu yollarla aidiyyatı qurumlar çalışır ki, banklarda olan izafi vəsaitlərin məsuliyyətsiz şəkildə kredit bazarına daxil olmasının qarşısı alınsın”.

R.Həsənov bildirdi ki, hökumət banklarda olan sərbəst vəsaitlərin daha çox hissəsinin biznes sektoruna yönəldilməsinə çalışır. Amma pandemiyanın təsiri ilə biznesin likvidliyinin zəiflədiyini deyən ekspert hökumətin yaranan boşluğu doldurmaq üçün müəyyən addımlar atdığını vurğuladı. R.Həsənov düşünür ki, son 6 ildə biznesdə yaranan çətinlikləri hökumətin qısa müddətdə kompensasiya etməsi mümkün deyil. Onun qənaətincə, daha çox kreditə tələbin yaranması üçün dövlət tərəfindən verilən kredit zəmanətlərinin həcmi artmalı, eyni zamanda iqtisadiyyat daha çox böyüməlidir. Ekspertin sözlərinə görə, bu halda daha çox kreditə tələb yaranacaq və kreditlərin aktivlərdəki payı yüksələcək. O əks təqdirdə aktivlərdə kreditlərin payının ciddi fərqlə yüksələcəyinə inanmır. 

Vasif
Sfera.az
   



 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...