Qubada ağır yol qəzasında ölənlərin şəxsiyyəti MƏLUM OLDU

Qubada ağır yol qəzasında ölənlərin şəxsiyyəti MƏLUM OLDU
10:54
 
Daxili İşlər Nazirliyi tərəfindən bu gün Qubada 5 nəfərin ölümü ilə nəticələnən qəza barədə açıqlama verilib. 

Nazirliyin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov Sfera.az-a bildirib ki, hadisə bu gün səhər saat 7 radələrində Qubanın Alekseyevka və Zərdabi kəndləri arasında  baş verib: "Hərəkətdə olan "Mercedes” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan dörd sərnişin və bir sürücü həlak olub. 

Hazırda onların şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Məlumdur ki, kəndarası yollarda polis postları, sürətölçən radar yoxdur. Sürücü magistral trasda hərəkət etsəydi, radarlara görə bu qədər sürətli şəkildə avtomobili idarə etməzdi”.

 

***

Qubada qəzada ölənlərin şəxsiyyətləri məlum olub.

Quba şəhər sakini Nəriman Süleymanovun idarə etdiyi "Mersedes” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən qarşısına çıxan iti vurub. Sürücünün idarəetməni itirməsi səbəbindən avtomobil yol kənarındakı ağaca çırpılıb. Nəticədə həmin maşında olan sürücü və Quba şəhər sakini Məmmədhəsən Əkbərov, Gəncə şəhəri Kəpəz rayon sakinləri Şəfa Qasımova, Kəmalə Cəfərova və Şəmkir rayon sakini Larisa Həsənova həlak olublar.


OXŞAR XƏBƏRLƏR