Avropada qazın qiyməti artdı

Dünya
21:50 / 24.08.2021
2764
Avropada qazın qiyməti təxminən 10% artaraq hazırda 1 000 kubmetr üçün 550 ABŞ dolları civarındadır.
Sfera.az-ın xəbərinə görə, bunu ICE məlumatları təsdiq edir.
Belə ki, Niderlanddakı TTF qovşağı üzrə sentyabrın fyuçers müqaviləsinin dəyəri 9,6% artaraq, min kubmetr üçün 550 ABŞ dollarına yaxınlaşıb.
Xatırladaq ki, keçən həftə Avropada qazın qiyməti 1000 kubmetr üçün 580 dollara çatıb və bir neçə gün sonra isə 100 ABŞ dolları ucuzlaşıb.