ABŞ-ın “eşidən qulağı” “Taliban” lideri ilə gizli görüşüb - İDDİA

16:35 / 24.08.2021
1556
Nüfuzlu "The Washington Post” nəşri ABŞ-ın adı
çəkilməyən səlahiyyətlilərinə istinadla xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin
direktoru Uilyam Berns Kabildə "Taliban” Siyasi Bürosunun rəhbəri Molla Əbdül
Qani Baradarla gizli görüş keçirib.
Sfera.az xəbər verir ki, sözügedən görüş bazar ertəsi keçirilib. Qeyd olunur ki, bu, Amerika
administrasiyasının yüksək rütbəli rəsmisi ilə "Taliban” lideri arasında
keçirilən ilk belə nüfuzlu dialoqdur.
Nəşr vəziyyətin "ironik" tərəfini də
vurğulayır. Belə ki, məhz Baradar 11 il əvvəl MKİ və Pakistan kəşfiyyat
orqanları tərəfindən saxlanılaraq, ömrünün 8 ilini həbsxanada keçirməli
olmuşdu. Sonralar isə Baradar Qətərdə ABŞ -la danışıqlar aparmaqla məşğul
olurdu.
Selcan
Sfera.az