Paşinyanın çıxışı zamanı deputatlar zalı tərk etdi - Etiraz

Paşinyanın çıxışı zamanı deputatlar zalı tərk etdi - Etiraz
Avqustun 24 -də "Ermənistan" blokunun bəzi deputatları baş nazir Nikol Paşinyanın parlamentdəki çıxışından əvvəl iclas zalını tərk ediblər.
 
Sfera.az.-ın məlumatına görə, zalı tərk edən deputatlar  Vahe Akopyan, Elinar Vardanyan, Geqam Manukyan, Andranik Tevanyan, Ripsime Stambulyan, Aqvan Vardanyan, Lilit Qalstyandır.

"Şərəfim Var" blokunun fraksiyası da etiraz əlaməti olaraq konfrans salonunu tərk edib. Bunu iclasın əvvəlində fraksiya rəhbəri Artur Vanetsyan bildirib. "Amma Hökumətin proqramında təqdim olunan saxtakarlıqları ifşa edib  səsləndirmək üçün iclas zalına gələcəyik",- deyə o, qeyd edib.

Qeyd edək ki, Paşinyan hazırda Hökumətin növbəti 5 illik üçün hazırlanan  proqramını təqdim edir.
 
Selcan
 

OXŞAR XƏBƏRLƏR