İstehlak səbətindəki 446 məhsul bahalaşıb

İqtisadiyyat
12:40 / 24.08.2021
791
İstehlak səbətinə daxil olan 520 adda mal və xidmətdən 59-nun və ya 11,34 faizinin qiyməti 2021-ci ilin iyununda 8 faizdən çox artıb.
Sfera.az Mərkəzi Bankın "Pul Siyasəti İcmalı”na istinadən bildirir ki, istehlak səbətindəki malların 142-nin və ya 27,3 faizi illik 4-8 faiz diapozonunda, 245-nin və ya 47%-nin qiyməti illik 0-4% diapazonunda yüksəlib. Bahalaşan məhsulların 18%-də qiymət artımı isə 2%-dən aşağı olub.
Bəzi məhsullar isə ucuzlaşıb. Məhsulların 61-i 0-4 faiz diapozonunda, 13-ü 4 faizdən çox dəyər itirib.
Xatırladaq ki, iyunda illik inflyasiya 4,7 faiz təşkil edib.
Vasif
Sfera.az