ABŞ dünya ölkələrinə pulsuz 110 milyon doza peyvənd verdi

Dünya
08:36 / 24.08.2021
1154
Amerika Birləşmiş Ştatları dünya ölkələrinə təxminən 110 milyon doza yeni növ koronavirus infeksiyasına qarşı peyvənd göndərib, bunun 23 milyonu Cənub -Şərqi Asiya ölkələrinin payına düşür.
Sfera.az-ın məlumatına görə, bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris bəyan edib.
Onun sözlərinə görə, koronavirus pandemiyası sərhəd tanımayan problemdir. O qeyd edib ki, ABŞ qlobal sağlamlıq sistemini gücləndirməklə yanaşı, gələcəkdə ortaya çıxa biləcək yeni viruslarla da mübarizəyə sadiqdir.