“Taliban” rəsmisi: “Pəncşir mühasirəyə alınıb”

Dünya
00:03 / 24.08.2021
3282
Radikal "Taliban” hərəkatı Əfqanıstanın Pəncşir vilayətində yerləşən müqavimət qüvvələrini mühasirəyə alıb.
Sfera.az xəbər verir ki, bunu "Twitter”də hərəkatının sözçüsü Zabihullah Mücahid yazıb.
O qeyd edib ki, "Taliban” qüvvələri Pəncşir yaxınlığındakı Bədəxşan, Təxar və Andarab bölgələrində mövqe tutub: "Məsələni danışıqlar yolu ilə həll etməyə çalışırıq”.