“Türkiyənin bir qaçqın belə qəbul edəcək gücü yoxdur”

Dünya
21:19 / 23.08.2021
2291
"Türkiyə qaçqın düşərgəsi deyil”.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu AKP sözçüsü Ömər Çelik bildirib.
"Bir sıra dövlətlərdən açıqlamalar verilir: "Türkiyəyə daha çox maddi yardım edək”.
Bütün bunlar hörmətsizlikdir. Türkiyənin bir qaçqın belə qəbul edəcək gücü yoxdur. Həmin siyasətçilər bunu bilsinlər, Türkiyə qaçqın düşərgəsi deyil.
Türkiyə sərhədlərinə hakimdir. Bu açıqlamar yox hökmündədir”, - deyə Çelik qeyd edib.