Tovuzda hərbçilər polisə çağırılıb? - DİN aydınlıq gətirdi

Tovuzda hərbçilər polisə çağırılıb? - DİN aydınlıq gətirdi
Bəzi sosial şəbəkə səhifələrində əsassız olaraq rayon sakini olan bir qadının Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları ilə əlbir olaraq vətəndaşları və hərbi qulluqçularla pul müqabilində görüş təşkil etməsi daha sonra polis əməkdaşları həmin şəxsləri şöbəyə dəvət etməsi barədə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayılıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Sfera.az-a bildirilib ki, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində rayon sakini İ.Piriyeva pul müqabilində qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinərək saxlanılıb:

"Araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxs əvvəlcədən bir neçə nəfərlə telefon danışıqları apararaq onlarla pul müqabilində xanımlarla görüşməyi təklif edib.

Hazırda həmin şəxs barəsində Cinayət Məcəlləsinin 241.1-ci (Fahişəliyə cəlb etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
İstintaq zərurəti ilə əlaqədar bəzi şəxslər şahid qismində dəvət olunaraq izahatları alındıqdan sonra sərbəst buraxılıb".

OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...