Kremldən Krım Platforması ilə bağlı qəzəbli AÇIQLAMA

16:27 / 23.08.2021
1203
"Krım Platforması" Rusiyanın əleyhinə
olan qeyri dost bir tədbirdir”
Sfera.az-ın RİA "Novosti”yə istinadla məlumatına
görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Krım
Platforması"nın Kremldə Rusiya əleyhinə təşəbbüs hesab edildiyini bəyan edib.
Krım Platformasını ölkəmizə münasibətdə son dərəcə qeyri-dost bir tədbir hesab
edirik. Rusiya bölgəsi ilə, Krımla əlaqədar bu cür bəyanatları qəti şəkildə qəbul
etmirik",- deyə Peskov bildirib.
Sammit Kiyevdə keçirilir. Ukraynanın xarici
işlər naziri Dmitri Kulebanın əvvəllər bildirdiyi kimi, 44 ölkə və beynəlxalq təşkilat
sözügedən tədbirdə iştirakını təsdiqləyib.
Selcan
Sfera.az