Dünyanın bu minerala ehtiyacı 40 dəfə artıb - “Taliban”ın əlinə keçən 1 trilyon dollarlıq SƏRVƏT

Dünyanın bu minerala ehtiyacı 40 dəfə artıb - “Taliban”ın əlinə keçən 1 trilyon dollarlıq SƏRVƏT
Əfqanıstanda trilyonlarla dollar dəyərində olan zəngin mineral yataqları 20 ildən sonra "Taliban”ın əlinə keçib.
 
Sfera.az xəbər verir ki, Əfqanıstanın uzun müddət yararlanmaqda çətinlik çəkdiyi mədənlər arasında litium kimi dünyanın bərpa olunan enerjiyə keçidində əhəmiyyətli qatqı təmin edə biləcək ehtiyatlar mövcuddur.

Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, 2020-ci ildə dünyanın litiuma olan ehtiyacı 40 dəfə artıb. Litium elektriklə işləyən avtomobil akkumulyatorlarının istehsalında, günəş panellərində və külək enerjisində istifadə olunur. 

ABŞ Geoloji Araşdırma Mərkəzinin məlumatına əsasən, Əfqanıstanın bu toxunulmamış mədənlərinin dəyəri bir trilyon dollardan çoxdur. Əfqanıstan rəsmiləri isə mədənlərin dəyərinin üç qat yüksək olduğunu iddia edirlər.

Əsas dəstəkçiləri "Taliban”dan yardımlarını kəsdikləri üçün terror təşkilatı artıq maliyyə böhranı yaşayır. Ölkənin iqtisadi inkişafını dəstəkləyə biləcək mədənlər bitmək bilməyən müharibə və infrastrukturun olmaması səbəbindən istifadə edilə bilməyib.

ABŞ Geoloji Araşdırma Mərkəzinin hesabatına görə, bu mənbələrə litiumla birlikdə boksit, mis və dəmir filizi mədənləri də daxildir. Elektrik kabellərinin istehsalı üçün istifadə olunan mis də bu il bir tonun qiyməti 10 min dollara qalxdığı üçün qiymətli metal halına gəlib.

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR