UNICEF: 1 milyon əfqanıstanlı uşaq təhlükə altındadır

UNICEF: 1 milyon əfqanıstanlı uşaq təhlükə altındadır
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) təxminən 1 milyon əfqanıstanlı uşağın sağlamlığının pis qidalanma səbəbiylə təhlükədə olduğunu və uşaqların müalicə edilmədikləri təqdirdə ölə biləcəklərini açıqlayıb. 
 
Sfera.az xəbər verir ki, UNICEF-in icraçı direktoru Henrietta Fore verdiyi açıqlamada Əfqanıstanda təxminən 10 milyon uşağın sağ qalması üçün humanitar yardıma ehtiyacı olduğunu söyləyib.

Onların 2.2 milyonunun qız olmaqla, təxminən 4.2 milyon uşağın təhsilini davam etdirə bilməyəcəyi də qeyd edilib. Həmçinin, Əfqanıstanda 435 000 uşaq və qadının məcburi köçkün olduğu da vurğulanıb. 

Henrietta Fore 65 ildir Əfqanıstanda uşaqların və qadınların həyatını yaxşılaşdırmaq üçün çalışan UNICEF-in gələcəkdə də bu sahədə çalışmağa davam edəcəyini bildirib.

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Baş nazir qərar imzaladı

Daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və daşınmaz abidələrin pasportunun nümunəvi forması təsdiqlənib.   Sfera.az xəbər verir ki, bu barə...

Ançelotti bir il müddətinə azadlıqdan məhrum edildi

“Real Madrid”in keçmiş baş məşqçisi Karlo Ançelotti vergi fırıldaqçılığına görə bir il müddətinə azadlıqdan məhrum edilib.   Sfera.az xəb...

Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi yerlərində iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.   Bu barədə  Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın də...

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. &nb...

Deputat:"Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ...