Eks nazir koronavirus səbəbi ilə 12 il müddətinə həbs edildi

Eks nazir koronavirus səbəbi ilə 12 il müddətinə həbs edildi
İndoneziyada keçmiş sosial işlər naziri Juliari Peter Batubara COVID-19-la bağlı milyonlarla dollarlıq rüşvət qalmaqalına görə 12 il həbs cəzasına məhkum edilib.

Sfera.az xəbər verir ki, məhkəmə ötən ilin dekabrında Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına təslim olan eks nazirin səlahiyyətlərindən sui-istifadə etməkdə günahkar olduğuna qərar verib. Qərara görə, o, 12 il həbslə yanaşı, 500 milyon rupi (34.690 dollar) cərimə ödəməlidir. Cərimə ödənilməsə, keçmiş nazirin həbs müddəti daha 6 ay uzadılacaq.

Xatırladaq ki, nazirin həbsindən bir gün əvvəl onun 1,3 milyon dollar nağd pul olan yeddi çamadanı nazirlik əməkdaşlarına təhvil vermədiyi aşkar edilmişdi. Bu səbəblə Batubara dərhal prezident Joko Vidodo tərəfindən vəzifəsindən azad olunmuşdu. İndoneziya korrupsiya və koronavirusun dərin təsirləri ilə mübarizə apararkən baş verən bu hadisələr ictimai qəzəb yaratmışdı. 

İndoneziya 126,372 ölüm və 3,9 milyondan çox koronavirusa yoluxma hadisəsi ilə Cənub-Şərqi Asiyada pandemiyadan ən çox təsirlənən ölkədir.

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR