Bu avtomobillərin idxalı artıb

İqtisadiyyat
15:14 / 23.08.2021
1224
Azərbaycana idxal edilən avtomobillərin yarısı mühərrik həcmi 1,5 litrə qədər olan avtomobillərdir.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2021-ci ilin birinci yarısında ölkəmizə 36 741 ədəd minik avtomobili gətirilib.
Bu avtomobillərin 16 141 ədədinin mühərrikinin həcmi 1500 kub santimetrə qədər, 14 999 ədədinin həcmi 1500-3000 kub santimetr həcmində olub. Mühərrik həcmi 3000 kub santimetrdən çox olan 400-ə qədər avtomobil idxalı edilib. Daha 4878 ədəd avtomobil isə hibrit mühərriklə təmin edilib.
Mühərrik həcmi kiçik olan avtomobillərə maraq göstərilməsi gömrük xərclərinin aşağı olması ilə bağlıdır.
Vasif
Sfera.az