BMT daha 120 əməkdaşını Əfqanıstandan təxliyə etdi

BMT daha 120 əməkdaşını Əfqanıstandan təxliyə etdi
BMT daha 120 əməkdaşını və qeyri-hökumət təşkilatlarının nümayəndələrini Əfqanıstandan Qazaxıstana təxliyə edib.

Sfera.az xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrikin açıqlamasında deyilir.

"BMT avqustun 22-də Əfqanıstanda 120 nəfəri Əfqanıstanın paytaxtı Kabildən çıxararaq Alma-Ataya aparıb, bu son həftə ərzində ikinci belə aviareysdir. Sərnişinlər arasında BMT əməkdaşları və Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı müttəfiqi olan bir neçə qeyri-hökumət təşkilatının üzvləri var", - açıqlamada deyilir.

"Birləşmiş Millətlər diqqətini özünün minlərlə əməkdaşının və müttəfiqlərinin təhlükəsizliyinin təminatına yönəldib, köməyə ehtiyacı olan milyonlarla əfqana "kritik əhəmiyyətli humanitar və digər yardımlar üzərində işləyir", - Dujarrik qeyd edib.

Qeyd edək ki, ötən həftə BMT-nin təxminən 100 əməkdaşı məsafəli iş rejimində çalışmaq üçün təyyarə ilə Kabildən Alma-Ataya aparılıb.

OXŞAR XƏBƏRLƏR

Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi yerlərində iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.   Bu barədə  Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın də...

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. &nb...

Deputat:"Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ...

Sabahdan ADY qatarları yay qrafikinə keçir - Hərəkət cədvəli

10 iyuldan etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçəcə...

Qaydalara əməl etməyən moped sürücüsü piyadanı vurdu - ANBAAN VİDEO

Qaydalara əməl edib piyada keçidindən istifadə edən piyadanı moped sürücüsü vurub.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini...