“Bayraktar”ın 44 günlük müharibədəki sirri AÇILDI

“Bayraktar”ın 44 günlük müharibədəki sirri AÇILDI
Türkiyənin "Baykar” holdinqinə daxil olan "Baykar Teknik” şirkətinin direktoru Səlcuk Bayraktar "Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin 44 günlük Qarabağ müharibəsində oynadığı roldan danışıb.

Sfera.az xəbər verir ki, CNN Türk-ə müsahibəsində Səlcuk Bayraktar döyüş pilotsuz təyyarələrinin müharibənin gedişatını dəyişdirdiyini bildirib.

"Müharibə 44 gün davam etdi. 44 gün boyunca eskadrilyalar halında "Bayraktar TB2” döyüş pilotsuz təyyarələrimiz kəşfiyyat, müşahidə kimi əsas vəzifələri ilə yanaşı aşkarlanan hədəfləri, o cümlədən hava hücumundan müdafiə sistemlərini zərərsizləşdirdi. Hansı ki, hava hücumundan müdafiə sistemləri əslində hava qüvvələrini zərərsizləşdirmək üçün nəzərdə tutulan çox güclü sistemlərdir. Bununla yanaşı tankları, zirehli maşınları, olduqca çox sayda qaubitsa və artilleriya batareyalarını məhv etdi. Eskadrilyalar şəklində gecə-gündüz fasiləsiz olaraq, hər cür meteroloji şərtlərdə uçdu”, - Səlcuk Bayraktar deyib.



O bildirib ki, bəhs edilən pilotsuz təyyarələr əslində robot-təyyarələrdir. "Bayraktar TB2”-nin içərisində 40-a yaxın kompüter var. Seriya istehsalı bu il başlayan və daha üstün göstəricilərə, döyüş qabiliyyətinə malik olan "Akıncı” pilotsuz döyüş təyyarələrində isə 100-ə yaxın kompeter var.

S.Bayraktar, həmçinin qeyd edib ki, Qarabağ müharibəsində "Bayraktar”lar həm də düşmənin elektron mübarizə vasitələrini dəf etməliydi:

"Çox inkişaf etmiş elektronik hərb sistemlərinə qarşı SİHA-larımız onların həmləsindən yayınmaqla öz vəzifələrini icra etməliydi. Allaha şükürlər olsun ki, bu müharibə çox qısa zamanda yekunlaşmış oldu və içimizdə qanayan o yara (torpaqların işğalı) bir mənada qapandı deyə bilərəm”.

OXŞAR XƏBƏRLƏR

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın də...

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. &nb...

Deputat:"Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ...

Sabahdan ADY qatarları yay qrafikinə keçir - Hərəkət cədvəli

10 iyuldan etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçəcə...

Qaydalara əməl etməyən moped sürücüsü piyadanı vurdu - ANBAAN VİDEO

Qaydalara əməl edib piyada keçidindən istifadə edən piyadanı moped sürücüsü vurub.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini...

Azərbaycanla BƏƏ hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalayıb

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” imzalanıb.   S...