Xəzərdə yeni qaz yataqları aşkarlandı

Xəzərdə yeni qaz yataqları aşkarlandı
Xəzər dənizinin İrana aid olan sektorunda böyük həcmli qaz yataqları aşkarlanıb.

Sfera.az xəbər verir ki, bunu Çalus yataqlarında qaz hasil edən İranın "Khazar Exploration and Production” şirkətinin baş icraçı direktoru Əli Osuli deyib.

O bildirib ki, hazırda yataqlardakı qazın miqdarı müəyyənləşdirilir.
Osulinin fikrincə, qazın hasil edilməsi üçün Rusiya və Çin texniki və maliyyə dəstəyi verəcəklər:

"Aşkar edilən yataqdakı qazın miqdarı çox olduğu üçün İran Avropanın qaza olan ehtiyacının 20 faizini ödəyə bilər”.

"Oilpraice.com” saytı yazır ki, gələcəkdə bu qazın Avropaya nəql edilməsi üçün Rusiya ilə razılaşma olacaq:

"Hazırda Avropada qaza böyük tələbat var. İran Çalus strukturundan hasil edilən qazı Rusiya vasitəsilə ixrac etmək istəyir ki, Avropaya təsir imkanlarını əlində saxlasın. Rusiya isə öz növbəsində "nüvə razılaşması” məsələsində İranı müdafiə etsin”.

OXŞAR XƏBƏRLƏR

Ukraynalı uşaqlardan ibarət növbəti qrup Azərbaycana gəldi

Reabilitasiya məqsədilə Azərbaycana gələn Ukraynadan olan uşaqlardan ibarət növbəti qrup ölkəmizə çatıb.   Sfera.az xəbər verir ki, qrupa 9-16 yaş ar...

Husi açıqladı: Gəmilərə hücumu davam etdirəcəyik!

Qəzza zolağında münaqişə həll olunana qədər İsrailə gedən və ya onunla əməkdaşlıq edən şirkətlər tərəfindən idarə olunan gəmilərə hücumlar davam etdiriləcək. ...

12 iyulla bağlı vacib MƏLUMAT

Dünyada anomal istilər baş verir. Belə ki, Avropada kəskin istilər nəticəsində 2300-ə yaxın insan ölüb, Amerikada istidən asfalt örtüyü əriyib. Ölkəmizdə isə hə...

Rusiyada zavodda qəza baş verib, ölən və yaralananlar var

Rusiya Federasiyasının Volqoqrad vilayətinin Voljski şəhərindəki metallurgiya zavodunda ağır texnoloji qəza baş verib.   Sfera.az Rusiya KİV-ə istina...

Azərbaycanlı hərbi jurnalist vəfat etdi - FOTO

Hərbi jurnalist Gülbəniz Arifqızı vəfat edib.   Sfera.az xəbər verir ki, o, uzun sürən onkoloji xəstəlikdən sonra dünyasını dəyişib.   ...

DİN-də antinarkotik tədbirlərinin gücləndirilməsi müzakirə olundu

2025-ci ilin ilk 6 ayı ərzində daxili işlər orqanlarının əməliyyat-xidməti fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibli Kol...