Kabildəki sülhməramlılarımızdan Azərbaycana mesaj var

Kabildəki sülhməramlılarımızdan Azərbaycana mesaj var
Azərbaycan və Türkiyənin sülhməramlıları radikal "Taliban” hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə xidmət edir.

Sfera.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, hava limanının təhlükəsizliyi için 24 saat növbə çəkən Azərbaycan əsgərləri Türkiyənin təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə birlikdə həm də ehtiyacı olan insanlara yardım edir.

Agentliyə danışan Azərbaycan sülhməramlısı Anar Babayev "Hazırda Əfqanistanda xidmətdəyik. Türk qardaşlarımızla birlikdə xidmət aparırıq. Onlara yardım edirik", - deyib.

Bir aya yaxındır Kabildə olduqlarını söyləyən digər hərbçimiz Səxavət Kazımov "Türkiyə əsgərləri ilə eyni bölgədə xidmət aparırıq. Ailəmə, bütün əsgərlərin ailələrinə salam söyləyirəm. Hər şey yaxşıdır. İnşallah sağ-salamat ölkəmizə dönəcəyik", - qeyd edib.

Digər sülhməramlımız Həbib Həsənov da "Türk qardaşlarımıza yardım edirik, hər zaman da yardıma hazırıq", - deyərək, ailəsinə salam göndərib.

Hamid Karzai adıına Beynəlxalq Hava Limanında xidmət edən Azərbaycan əsgərlərindən Qismət Musayev də "Türkiyə əsgərləri ilə birlikdə xidmət edirik, bununla da qürur duyuruq. Biz qardaşıq", - deyə vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın də...

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. &nb...

Deputat:"Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ...

Sabahdan ADY qatarları yay qrafikinə keçir - Hərəkət cədvəli

10 iyuldan etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçəcə...

Qaydalara əməl etməyən moped sürücüsü piyadanı vurdu - ANBAAN VİDEO

Qaydalara əməl edib piyada keçidindən istifadə edən piyadanı moped sürücüsü vurub.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini...

Azərbaycanla BƏƏ hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalayıb

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” imzalanıb.   S...