Almaniyanın yeni kansleri o olacaq – Merkel

Dünya
23:59 / 21.08.2021
4387
Seçkilərdən sonra Almaniyanın yeni kansleri Xristian-Demokrat İttifaqının rəhbəri Armin Laşet olacaq.
Sfera.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel deyib. O, seçkilərdə partiyasının qalib gələcəyinə əmin olduğunu vurğulayıb.
Berlində seçkiqabağı təbliğat tədbirində tərəfdarları qarşısında çıxış edən Merkel bir daha seçkidə iştirak etməyəcəyini təkrarlayıb.
Qeyd edək ki, Merkel 16 ildir Almaniyanın kansleridir.