Sel fəlakəti 82 can aldı

Sel fəlakəti 82 can aldı
Türkiyədə sel fəlakəti səbəbindən ölənlərin sayı 82-yə yüksəlib.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Bildirilib ki, Kastamonuda 71, Sinopda 10, Bartında 1 nəfərin həyatını itirməsi ilə ümumilikdə 82 insan dünyasını dəyişib. Hazırda 8 nəfərin müalicəsi davam etdirilir.

Son məlumata görə, Kastamonuda 10, Sinopda 6 nəfər itkin düşüb.

OXŞAR XƏBƏRLƏR