"Barselona" 455 milyon avroluq kredit götürüb

İdman
13:37 / 21.08.2021
1306
İspaniyanın "Barselona" klubu 455 milyon avro məbləğində yeni kredit götürüb.
Sfera.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, kredit 10 il üçün hesablanır və onun orta faizi 1,98-dir.
Kataloniya təmsilçisi maliyyə problemləri səbəbindən Lionel Messi ilə yeni müqavilə imzalaya bilməyib və argentinalı oyunçu Fransa PSJ-sinə keçib.