Qəbələdə 26 yaşlı gənc intihar edib

Kriminal
13:25 / 21.08.2021
1445
Qəbələ rayonunda intihar hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə rayonun Əmircan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1995-ci il təvəllüdlü Elbrus Osman oğlu İbrahimov yaşadığı evin önündə intihar edib. 26 yaşlı E. İbrahimovun epilepsiya xəstəsi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.