Rusiyada fövqəladə vəziyyət elan edildi

Rusiyada fövqəladə vəziyyət elan edildi
Rusiya Federasiyasının Mari El Respublikasında baş verən meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib.

Sfera.az xəbər verir ki, Mari El Respublikasının Prezidenti Aleksandr Yevstifeyev bu barədə fərman imzalayıb.

Fərmanın respublika ərazisindəki vətəndaşları və yaşayış məntəqələrini meşə yanğınlarından qorumaq, mümkün insan itkilərinin qarşısını almaq, sağlamlıq üçün təhlükələri və vətəndaşların həyat fəaliyyətlərinə mane olan şərtləri aradan qaldırmaq məqsədi daşıdığı bildirilib.

Qeyd edək ki, yanğınlar avqustun 19-u Medvedevo rayonunda başlayıb. Alovun sürətlə yayılması səbəbi ilə 20 avqust tarixində yaxınlıqdakı bir neçə kənddən və kurort zonalarından yüzlərlə insan evakuasiya edilib.

Mari El-in Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi bildirir ki, ilkin hesablamalara əsasən, 120 hektar ərazini cənginə alan yanğın bir neçə kənd və kurort zonasına çox yaxın məsafədədir.

Bu il meşə yanğınları Rusiyanın digər bölgələrini, xüsusən də Sibirin geniş ərazisini bir neçə həftə ərzində məhv edib.

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR