Orxan Türkiyədə seriala çəkiləcək - VİDEO
Maqazin
23:46 / 25.06.2016
1335
Müğənni Orxan Babazadə Türkiyədə serial təklifi alıb.
Sfera.az-ın məlumatına görə, bu haqda ifaçı özü xəbər
verib.
O, yaxın günlərdə bunla bağlı İstanbula yola
düşəcəyini deyib:
"İstanbulda olduğum zaman oranın tanınmış
prodakşınlarından serialda çəkilmək dəvəti aldım. Türkiyənin ən məşhur
aktyorları bu serialda çəkiləcək. Ssenarini oxuyanda obrazım çox xoşuma gəldi.
Canlandıracağım rol bəy oğlu olacaq. İnşallah, yaxın günlərdə serialın
rejissoru ilə görüşməyə gedirəm".
O.Babazadə Mümin Sarıkayanın repertuarından
oxuduğu "Mən yoruldum həyat" adlı mahnıya klip çəkdirəcəyini deyib:
"İstanbula gedəndə Mümin Sarıkaya ilə
görüşəcəm. Ekran işində onunla görüşdən görüntülər də olacaq".