Maşınını gömrükçülərin avtomobilinə çırpıb qaçdı - VİDEO

Maşınını gömrükçülərin avtomobilinə çırpıb qaçdı - VİDEO
Bakı şəhəri, Qaradağ rayonu, Xocasən qəsəbəsi, Xocasən yolunun kənarında yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında Pərvin Həsən oğlu Rzayevin idarə etdiyi "Mercedes-Benz S 600" markalı, 90-LB-478 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə həmin əraziyə gələn Məhəmməd Ağakərim oğlu Məmmədov İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitəni şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Sfera.az-a verilən məlumata görə, Məhəmməd Məmmədovun saxlanıldığını görən Pərvin Rzayev idarə etdiyi avtomobili əməliyyat-axtarış fəaliyyətini həyata keçirən gömrükçülərə məxsus digər nəqliyyat vasitələrinə çırparaq hadisə yerindən qaçıb.

Məhəmməd Məmmədovdan götürülmüş çantaya baxış keçirilərkən içərisində 9 bağlamada, ümumi təmiz çəkisi 8720,6 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 04 avqust 2021-ci il tarixdə, səhər saatlarında cinayətkar qrupun digər üzvü Süleyman Rövşən oğlu Musazadə Bakı şəhəri, Yasamal rayonu ərazisində, Pərvin Rzayev isə 05 avqust 2021-ci il tarixdə, səhər saatlarında Şirvan şəhərində saxlanılıb.

Qeyd edilən fakt əsasında Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə Məhəmməd Ağakərim oğlu Məmmədov, Süleyman Rövşən oğlu Musazadə və Pərvin Həsən oğlu Rzayev təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd edilən maddələrlə onlara ittiham elan edilib. Həmin şəxslərin barəsində Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...