Bolqarıstanda yenidən seçki keçirilə bilər

Bolqarıstanda yenidən seçki keçirilə bilər
Keçmiş baş nazir Boyko Borisovun başçılıq etdiyi Bolqarıstanın Avropa İnkişafı Vətəndaşları (GERB) partiyasının hökumət qurmaq cəhdləri uğursuz olub.
 
Sfera.az xəbər verir ki, partiyanın baş nazirliyə irəli sürdüyü ölkənin keçmiş xarici işlər naziri Daniel Mitov, prezident Rumen Radevdən aldığı kabinet qurma vəzifəsini geri iadə edib.

Mitov Bolqarıstanın 240 deputatlıq parlamentində 63 üzvdən ibarət ikinci ən böyük qrupa sahib olan GERB partiyasının digər siyasi qüvvələrdən dəstək tapa bilmədiyini və bu səbəbdən vəzifəsindən imtina etdiyini açıqalayıb. 

Parlamentdəki digər qüvvələr Borisovu və onun partiyasını avtoritar idarəetmə qurmaqda və hakimiyyətdə olarkən digər alt qüvvələrlə əməkdaşlıqda günahlandırıb.

Xatırladaq ki, iyulun 11-də ölkədə keçirilən növbədənkənar ümumi seçkilərdən sonra parlamentdə 65 nəfərdən ibarət ən böyük qrupa sahib olan ITN partiyası da hökumət qurmaq cəhdində uğursuz olmuşdu.

Konstitusiyaya görə, Prezident Radev yeni bir kabinet qurmaq üçün son dəfə cəhd etməli və digər dörd siyasi qüvvədən birini parlamentə təyin etməlidir. Etimad səsi almaq üçün qurula biləcək hökumət 240 deputatdan ən azı 121-nin dəstəyini almalıdır.  

Siyasi müşahidəçilər, parlamentdəki 6 güc arasındakı ziddiyyətləri nəzərə alaraq düşünürlər ki, ölkədə qısa müddətdə yenidən erkən seçkilər keçiriləcək.

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Bu şəxslərə yeni mənzillər VERİLƏCƏK​​​​​​​

Azərbaycanda müharibə əlilləri və şəhid ailələrinin dövlət tərəfindən xüsusi mənzil şəraitinin və sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində tədbi...

Sabah yağış yağacaq

İyulun 11-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşero...

Deformasiyaya uğrayan dəyərlərimiz: "Sosial şəbəkə günahkar deyil"

Son illər cəmiyyətimizdə sosial dəyərlər xeyli dəyişib. Bu yeniliklər cəmiyyətdə həm münasibətləri, həm də sosial institutları yenidən formalaşdırır. Belə dəyiş...

55 yaşlı kişi faciəvi şəkildə öldü

Hacıqabulda 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.   Sfera.az-ın məlumatına görə, hadisə rayonun İkinci Udulu kəndində baş verib. Kənd sakini...

Pakistan və Hindistanda ölənlərin sayı 100-ə çatır

Pakistanın Pəncab və Bəlucistan əyalətlərində və Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında güclü musson yağışlarının yaratdığı daşqınlar insan tələfatı il...

Prezident bu qanunu imzaladı - NƏLƏR GÖZLƏNİLİR?

Azərbaycan Prezidenti Torpaq, Mülki Prosessual, Mülki məcəllələrində, “Notariat haqqında” və “İcra haqqında” qanunlarında dəyişiklik edi...