“Türkiyə Pakistan vasitəsilə “Taliban”la sıx əməkdaşlıq edəcək” - Açıqlama

13:06 / 20.08.2021
972
"Türkiyənin
öz hərbçilərini Əfqanıstandan geri çəkməsi, ümumiyyətlə bu ölkədə siyasi-hərbi
fəaliyyətinə son qoyması gözlənilmir”.
Bunu
Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, Türkiyənin
Əfqanıstandan çıxacağı təqdirdə, regional siyasətinin tənəzzülə uğraya biləcəyini
vurğulayıb:
"Liviyadan
başlayaraq Yaxın Şərq və Cənubi Qafqaz siyasətindən Mərkəzi Asiya siyasətinə
açılım edən Ankaranın əsas hədəfi dünya nizamında yer almaqdır. Həmçinin
Pakistanla siyasi-hərbi əlaqələri inkişaf etdirməsi, Ankaranın Mərkəzi Asiya və
Orta Şərqdə geosiyasi mövelərini möhkəmləndirəcək. Ona görə də Türkiyənin
Əfqanıstandan çıxmayacağı, hətta "Taliban”ı tanıyacağı gözləniləndir. Eyni
zamanda Türkiyə Pakistan vasitəsilə "Taliban”la sıx əməkdaşlıq edərək, bu ölkədə
sülhün əldə edilməsinə töhfə verə bilər”.
M.Əsədullazadənin
sözlərinə görə, Türkiyənin Əfqanıstan siyasəti regional maraqlarına cavab
verir:
Günay Rəsulqızı