Əfqanların təyyarədən düşdüyü anı əks etdirən köynəklər dəbə mindi - FOTOLAR

Əfqanların təyyarədən düşdüyü anı əks etdirən köynəklər dəbə mindi - FOTOLAR
Əfqanların təyyarədən düşdüyü anlarla bağlı səs-küyə səbəb olan addım atılıb.
 
Sfera.az-ın məlumatına görə, belə ki, bir sıra şəxslər bunu qazanca çevirmək qərarına gəliblər. Onlar əfqanların təyyarədən düşdüyü anları foto halına salıb köynəklər üzərinə yapışdırıblar. Ardınca həmin geyimləri internetdə satışa çıxarıblar. Bu isə qısa müddətdə böyük narazılıqlara səbəb olub.

Qeyd edək ki, Əfqanıstanda hakimiyyəti ələ alan "Taliban” Kabilə girdikdən sonra minlərlə insan Kabul Hava Limanına axın edib. Ölkələrin göndərdiyi, o cümlədən hərbi yük təyyarələri ilə evakuasiya edilməyə çalışan əfqanlardan bəziləri yer dolduğu üçün təyyarələrin üstünə qalxıb, hətta təkərlərin arasına giriblər. Nəticədə bir neçə əfqan nəqliyyat vasitəsi havaya qalxdıqdan sonra yüksəlikdən yerə düşərək can verib.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR