“Taliban” ABŞ-ın silah-sursatını ələ keçirdi - FOTO

10:49 / 20.08.2021
634
"Taliban” son iyirmi il ərzində Vaşinqtonun Əfqanıstan silahlı qüvvələrinə verdiyi çoxlu sayda silah, avadanlıq və döyüş sursatını ələ keçirib.
Sfera.az xəbər verir ki, "Taliban”ın silahları ələ keçirməsi ilə bağlı görüntülər ABŞ-ı çətin vəziyyətə salıb. ABŞ mətbuatının topladığı məlumata görə, "Black Hawk” helikopterləri və "A-29 Super Tucano” hücum təyyarələri "Taliban” tərəfindən ələ keçirilənlər arasındadır.
Sosial mediada "Taliban” döyüşçülərinin Amerika istehsalı "Humvees” və zirehli maşınlarda M4 karbini və M16 tüfəngləri ilə fotoşəkilləri yerləşdirilir.
Mütəxəssislər təlim keçmədən hücum təyyarələrindən istifadə etməyin mümkün olmadığını bildirirlər. Lakin "Taliban” tərəfindən Amerika texnikasının ələ keçirilməsinin əhəmiyyətli bir təbliğat vasitəsi olduğuna diqqət çəkilir.
Əzizə Zeynal
Sfera.az