Minlərlə müəllim vaksin vurdurmayıb - RƏSMİ

Minlərlə müəllim vaksin vurdurmayıb - RƏSMİ
Bu günədək 41 minə yaxın təhsil işçisi COVID-19 əleyhinə vaksinə qarşı əks göstərişlə bağlı arayış təqdim edib.

Sfera.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin təhsil işçiləri Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatında qeyd edildiyi kimi "Əks göstəriş" sertifikatı da təqdim etməlidirlər. Əks halda onlar vaksinasiyadan səbəbsiz imtina etmiş şəxslər kimi qəbul olunacaqlar.

"Qeyd edək ki, 18 avqust 2021-ci il tarixində Təhsil Nazirliyi tərəfindən ölkənin təhsil müəssisələrinin işçi heyətinin vaksinasiyasının daha sürətli təşkilinə həsr edilmiş onlayn iclas keçirilib. İclasda bütün yerli təhsili idarəetmə qurumlarının, eləcə də nazirliyin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri, vaksinasiyanın təşkili və təşviqinə məsul əməkdaşları iştirak edib. İclas iştirakçılarına təhsil müəssisələrinin vaksinasiya edilməyən işçi heyətinə məsələnin əhəmiyyətinin izah edilməsi, ümumilikdə Nazirlər Kabineti tərəfindən bu sahədə verilən tapşırıqların lazımi qaydada icra edilməsi tapşırılıb. Bildiririk ki, avqustun 9-dan etibarən Azərbaycanda istifadəsinə icazə verilən COVID-19 əleyhinə vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə "Əks göstəriş” sertifikatının verilməsinə başlanılıb. Unutmayaq ki, ənənəvi təhsilin bərpası üçün vaksinasiya vacibdir”, - deyə məlumatda vurğulanıb.
 

OXŞAR XƏBƏRLƏR

Bakıda yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki,...

Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi...

Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.   Sfera.az&nb...

Ötən ay 17 aptekdə yoxlama aparılıb

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik E...

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...

"Kişi məndən az pul qazanırsa, ona hörmət edə bilmərəm"

"Mən əgər bir kişidən çox pul qazanacağamsa, o kişiyə hörmət edə bilmərəm".   Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, bu sözlər...