Türkiyədə zəlzələ baş verdi

16:33 / 19.08.2021
683
Egey dənizində zəlzələ olub.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Muğla şəhərinin Datça rayonu sahillərində zəlzələ baş verib.
Yeraltı təkan Rixter şkalası ilə 4,6 balla qiymətləndirilib. Detallar barədə məlumat verilməyib.